Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib

0

  • “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 14.10.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi” bəndinin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilib.Tədbirdə  Xocalı  rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının nümayəndəsi, rayonun idarə, müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin psixoloqları, əlil gənclər iştirak ediblər. Tədbirdə  çıxış edən Lamiyə Qarayeva bildirdi ki, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  icrası istiqamətində əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığının və peşə-əmək reabilitasiyasının təşkili ilə bağlı maarifləndirmə işləri genişləndirilməli, əlilliyi olan şəxslər  yaşadıqları ərazilərdə yerləşən Peşə-Əmək Reabilitasiyası Mərkəzlərinə müarciət etməlidirlər. Dövlət əlilliyi olan şəxslərin təhsilini və peşə hazırlığını təmin etmək üçün pedaqoji işçilərin bu işə cəlb olunması üçün lazımi tədbirlər görür. Bu kimi addımların atılması əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Tədbirdə digər çıxış natiqlər də Dövlət Məşğulluq və Sosial Xidmətlər Agentliklərinin əlilləriə sosial xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətindən danışmış,  bu  kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət satış sərgilərinin təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib34 dəfə
    Əlilliyi olan şəxslərin xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib

    Maraqlı gələ bilər
    54
    62
    37
    31
    34
    29